Gənclər niyə özünü öldürür? - Sonuncu addım…

Gənclər niyə özünü öldürür? - Sonuncu addım…

Son vaxtlar, xüsusən, gənclərin intihar etməsi daha da artıb. Hər kəsi düşündürür ki, həyata yenicə başlayan, potensialı olan bu gənclər niyə yaşamağı deyil, ölümü seçirlər?

"Qafqazinfo” xəbər verir ki, "Ekspress” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, təkcə yanvarın 8-9-da Azərbaycanda dörd gənc intihar edib. Belə ki, Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bakıda, "Ulduz” metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

Psixoloq Raminə Həsənova qəzetə bildirib ki, yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailədaxili münasibətlərin düzgün olmaması, ailədə problemlərin yaşanması, cavabsız qalan sevgidir: "İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edən alimlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə aludəçilik də intihara təkan verən səbəblər arasındadır”.

Xəbər lenti