Gənclər təşkilatı dövlət qurumlarının iştirakı ilə koordinasiya görüşü keçirdi

Gənclər təşkilatı dövlət qurumlarının iştirakı ilə koordinasiya görüşü keçirdi
Gənclər üçün Təhsil Mərkəzi, UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə Şirvan Gənclər

Evində "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində dövlət qurumları və icmalarda həssas qruplardan , qanunla münaqişədə olan, hər-hansı formada istismardan və zorakılıqdan zərər çəkmiş uşaqlarla bağlı dəyirmi masa təşkil edildi.
 
Tədbiri Gənclər üçün Təhsil Mərkəzi Aran Regional ofisinin rəhbəri Yusif Poladov açıq elan edərək Azərbaycanın uşaq hüquqları sahəsində BMT tərəfindən qəbul edilən Konvensiyaya uyğun uşaqların yaşaması və inkişafı üçün zəruri olan standartları haqqında söhbət açdı. Məruzəçi uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin və hər bir ailənin işi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
 
Daha sonra UNİCEF-in əməkdaşı Elza İbrahimova layihənin icrası haqqında söhbət açaraq ,hər bir rayon ərazisində azyaşlılarla işin daha da kompleks hal almasını, azyaşlılara zorakılıq zamanı şikayətlərin yerində və zamanında araşdırılmasının,valideynlərin uşaqların tərbiyəsində diqqətli olmalarının vacibliyini , ailələrdə zorakılıq hallarının yolverilməz olduğunu vurğuladı.
 
Dəyirmi masa görüşündə Şirvan şəhər İcra Hakimiyyətinin, şəhər Polis şöbəsinin, şəhər Mərkəzi Xəstəxanasının, şəhər Uşaq Poliklinikasının, Şirvan şəhər Dövlət Sosial Müdafiə Fondunun, Təhsil şöbəsinin əməkdaşları ilə müzakirələr təşkil edilmişdir /Editor
 
7News.Az

 

 

 

Xəbər lenti