“Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verildi

“Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib.

Layihənin ötən il həyata keçirilən birinci mərhələsində "SOS Uşaq Kəndləri”nin himayəsində olan 15 gənc "Öz biznesinə başla və təkmilləşdir" adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayayıb. Növbəti mərhələdə "Bakcell”in, "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərinin daxil olduğu Qiymətləndirmə Komissiyası daxil olan müraciətləri nəzərdən keçirəcək. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi Bakcell şirkəti tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB Bakcell şirkətinin maliyyə dəstəyilə Bakı şəhərində "Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, "Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. "Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq Master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

BƏT-nın "Öz biznesinə başla və təkmilləşdir” proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası çərçivəsində Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumət səviyyəsində tətbiq olunur.

Xatırladaq ki, Bakcell şirkəti 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

***

"SOS Uşaq Kəndləri-Azərbaycan" haqqında

"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası İctimai Birliyi əsası 1949- cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş SOS Children‘s Villages International humanitar təşkilatının bir üzvüdür. SOS Children‘s Villages International təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.

 

SOS Children‘s Villages International təşkilatının nümayəndəlikləri dünyanın 134 ölkəsində fəaliyyət göstərərək UNESCO ilə sıx əlaqədə çalışır və BMT-nin sosial-iqtisadi şurasının reyestrinə daxildir. 1999-cu ildə, 50 illik yubileyi ərəfəsində SOS Children‘s Villages International təşkilatının namizədliyi Nobel Sülh Mükafatı üçün irəli sürülüb. 2002-cı ildə isə SOS Children‘s Villages International təşkilatı ən önəmli beynəlxalq humanitar mükafat olan "Konrad Hilton" mükafatına layiq görülüb.

 

"SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi barədə əlavə məlumat əldə etmək üçün aşağıdakı şəxslə əlaqə saxlamanızı rica edirik: Sevinc Ibrahimova, Milli Direktor - + 994 (55) 227 44 29; + 994 (12) 490 39 13 Email- [email protected]

 

 

 

Xəbər lenti