Goranboyda ağır qəza: Ölənlər və yaralılar var - YENİLƏNİB

Goranboyda ağır qəza: Ölənlər və yaralılar var - YENİLƏNİB

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində baş verən ağır yol qəzasının təfərrüatı bəlli olub.

7news.Az xəbər verir ki, ölənlər qardaş-bacı olublar. 

Yaralılardan biri ölənlərin ailəsinin gəlinidir. 

Qəzanı törədən şəxs Qızılhacılı kənd sakini "rəngsaz Tariyel” kimi tanınan şəxsin oğlu olub. O, bir neçə gün sonra hərbi xidmətə yollanmalı imiş. 

-----

Goranboy rayonunda ağır yol qəzası baş verib.

7news.Az xəbər verir ki, "Mercedes” və "VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Xəsarət alanlar 1981-ci il təvəllüdlü Ulduz Əmrahova, 1987-ci il təvəllüdlü Xalidə Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hadisə nəticəsində iki nəfər - Cəmilə Məmmədova və Sahib Məmmədov ölüb. 

7news.Az

Xəbər lenti