Görkəmli xadimimizin heykəli yoxa çıxdı - Foto

Görkəmli xadimimizin heykəli yoxa çıxdı - Foto

Təbrizdə Azərbaycanın tarixi şəxsiyyəti Əmir Kəbirin "Tarixi Əmir Kəbir Evi”nin ərazisində ucaldılmış heykəli yoxa çıxıb.

Tehran Şəhər Şurasının üzvü Əhməd Məscid Camei Təbrizə səfəri zamanı Əmir Kəbirin heykəlinin yerində olmadığını görüb. O bildirib ki, son illər "Tarixi Əmir Kəbir Evi”ndə xeyli dəyişiklik edilib və bu da belə bir tarixi məkanın orijinallığının itməsinə səbəb olub.

Heykəlin kim tərəfindən və niyə götürülməsi haqda məlumat yoxdur.

Qeyd edək ki, Əmir Kəbir Qacar dövrünün ən önəmli dövlət adamı və ictimai-siyasi xadimlərindən biri olub.

Azərbaycanlı milli-mədəni fəallar Pəhləvi rejimi və islam cümhuriyyəti dövründə Azərbaycan və İran tarixində türklərin izini silmək istiqamətində xeyli işlər görüldüyünü, bunun da onlardan biri olduğunu bildirirlər./Kult.az

 

7News.Az

Xəbər lenti