"Günay Bank"da növbəti biabırçılıq: QANUNLAR BELƏ POZULUR

"Günay Bank”ın filialında 1000 ABŞ dollarından çox vəsaitin bank tərəfindən alışı dayandırılıb.
 
7NEWS.az "kommersant.az”a istinadla xəbər verir ki, belə hadisə "Günay Bank”ın Xırdalan şəhərində yerləşən 6 saylı filialında baş verib. Belə ki, bankın filialında xarici valyuta ehtiyatı olduğu halda, bank, 1000 dollardan artıq vəsait almır.

Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası açıqlama verərək bildirmişdi ki, vətəndaşlar banklardan istənilən qədər xarici valyuta mübadiləsi edə bilər.

Məsələ ilə bağlı Xırdalan şəhər 6 saylı filiala zəng etsək də sualımıza cavab ala bilmədik, çünki bankın müvafiq filialının şəhər nömrəsi telefon borcuna görə bağlıdır.

Xəbər lenti