Gürcüstanda faciəli şəkildə ölən azərbaycanlının FOTOSU - 3-cü övladı bir neçə ay öncə olub...

Gürcüstanda faciəli şəkildə ölən azərbaycanlının FOTOSU - 3-cü övladı bir neçə ay öncə olub...
Xəbər verdiyimiz kimi, Gürcüstanda azərbaycanlıların da olduğu ağır qəza baş verib. Belə ki, təcili tibbi yardımın sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza olub.

Təcili tibbi yardım maşını "Redix" şirkəti tərəfindən aparılan tikintinin yanında yerləşən fəhlələr üçün nəzərdə tutulan kabinəyə çırpılıb. Nəticədə avtomobil səkidə dayanan azərbaycanlı işçiləri vurub. Çavçavadze prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər dünyasını dəyişib, 12 nəfər yaralanıb.
7News.Az unikal.org-a istinadən xəbər verir ki, qəzada ağır xəsarət alaraq dünyasını dəyişən azərbaycanlıdır. Bolnisi rayonundan olan 25 yaşlı Babək Həsənov uzun müddətdir ki, qəzanın baş verdiyi ərazidəki tikintidə fəhlə işləyirmiş. Mərhumun üçü azyaşlı övladı var. Ən kiçik övladı bir neçə ay öncə dünyaya gəlib.
 Gürcüstanda faciəli şəkildə ölən azərbaycanlının FOTOsu - Bir neçə ay öncə övladı doğulmuşdu...

 

7News.Az

Xəbər lenti