Gürcüstandan gələn azərbaycanlının 70 mobil telefonu müsadirə olundu

Gürcüstandan gələn azərbaycanlının 70 mobil telefonu müsadirə olundu

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Bu barədə 7news.Az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

Xəbər lenti