Hacı Məmmədov dəfn olundu – YENİLƏNİB

Hacı Məmmədov dəfn olundu – YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti  bu gün səhər saatlarında yaxınlarına verilib.

7news.Az xəbər verir ki, bu barədə APA-ya H. Məmmədovun vəkili Afət Qaziyeva bildirib.

Onun sözlərinə görə, H. Məmmədov artıq dəfn olunub.

Vəkil H. Məmmədovun harada dəfn olunduğu açıqlamayıb.

A. Qaziyeva qeyd edib ki, H. Məmmədovun ailəsi onun dəfn olunduğu yeri ictimaiyyətə açıqlamaq istəmir.

***


Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib.

7news.Az APA-ya istinadən xəbər verir ki, H. Məmmədovun meyiti müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən yaxınları tərəfindən götürülüb.

Qeyd edək ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili H. Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.

Orada müalicə olunan Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

7news.Az

Xəbər lenti