Hafiz Hacıyev: “Azərbaycana qarşı “qara piar" kampaniyasını həm ermənilər, həm də içimizdəki satqınlar aparır”

Hafiz Hacıyev: “Azərbaycana qarşı “qara piar

 

Prezident seçkilərindən sonra yeni hökumətin formalaşması və bir sıra kadr dəyişikliklərinin edilməsi cəmiyyətdə hələ də müzakirə mövzusudur. Hazırda ictimaiyyəti daha kimlərin vəzifədən kənarlaşdırılacağı maraqlandırır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə söhbətimiz də hökumətin tərkibindəki dəyişikliklər və bundan sonra gözlənilən kadr islahatları barədə oldu. 
7NEWS.az-ın növbəti həmsöhbəti Hafiz Hacıyevdir:

- Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulduğu kimi prezident seçiləndən sonra hökuməti buraxır, yeni hökumətin tərkibi elan olunur. Qanunla bu belədir və belə də olacaqdır.
 
- Sizcə, gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gerçəkləşə bilərmi?

Təbii ki, prezident seçkilərindən sonra gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gerçəkləşə bilər. Son vaxtlar prezident tərəfindən gənc kadrların irəli çəkilməsinin şahidi oluruq. Məhz gənc kadrların ən yüksək dövlət postlarına təyinatı gözləniləndir. Azərbaycanın dünyadakı artan nüfuzunu nəzərə alsaq, o zaman daha islahatçı kadrlara ehtiyac olduğunu görərik. Çünki prezidetin özü islahatçıdır. Məhz prezident buna uyğun komanda formalaşdırmalıdır. İndiki hökumət çox zəifdir, demək olar ki, qocalar evindən ibarətdir. Hökumət prezidentlə ayaqlaşa bilmir. Düşünürəm ki, bunlar getməlidir, onlar yeni kadrlarla əvəz olunmalıdır.

- Prezident seçkilərindən sonra Azərbaycanda istər iqtisadi, istər siyasi, istərsə də digər sahələrdə hansı uğurlu nəticələr əldə edilə bilər?    

Prezident seçkilərindən sonra çox böyük uğurlar əldə olunacaqdır. Özəlliklə də, seçkidən sonra Dağlıq Qarabağ probleminin həllində ciddi irəliləyiş gözlənilir. Bununla yanaşı, ölkədə kölgə iqtisadiyyatı və korrupsiyaya son qoyulacaqdır. Hesab edirəm ki, seçkilərdən sonra həm siyasi, həm iqtisadi baxımdan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da güclənəcək.

- Adətən prezident seçkiləri ərəfəsində və seçkilər başa çatdıqdan sonra Azərbaycana qarşı "qara piar" kampaniyası aparılır. Bu il də analoji proseslərin təkrarlanacağı şübhəsizdir. Bunun qarşısını almaq üçün xalq və hökumət hansı addımları atmalıdır?

Hər zaman Azərbaycana qarşı "qara piar" kampaniyası aparılıb. Bunu isə içimizdəki satqınların əli ilə edirlər. Özünüz də bunun şahidisiniz. Bizim azərbaycanlılar Almaniyada, Fransada - əgər onlara azərbaycanlı demək mümkündürsə, gedib mitinqlər keçirirlər, mənim şəklimi də lazımsız yerlərə yapışdırırlar. Onlar Azərbaycanı vurmaq üçün başqalarının əlinə "kozur” verirlər. Hər halda bunun qarşısını almaqdan ötrü Azərbaycan xalqı birlik nümayiş etdirməlidir. Belə ki, hamı çəkici bir zindana vurmalıdır. Hesab edirəm ki, prezident seçkilərindən sonra xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, konsulluq və səfirliklər Azərbaycana qarşı aparılan "qara piar" kampaniyasının qarşısının alınması yönündə lazımi işlər görməlidirlər. Hazırda bizə qarşı "qara piar" kampaniyasını həm ermənilər, həm də içimizdə olan bəzi insanlar aparır. Onlar arasında fərq görmürəm. Kimliyindən aslı olmayaraq bu vətən bizimdir.

 


7NEWS.az

Xəbər lenti