Hakimi qanına qəltan etdilər - FOTO

Hakimi qanına qəltan etdilər - FOTO

Argentina futbolunda hakim döyülüb.

 Hadisə 4-cü divizionun pley-off qarşılaşmasında "Yuventud” - "İndependyente” oyununda baş verib. Qarşılaşmanın başa çatmasına bir neçə dəqiqə qalmış meydan sahibləri penalti zərbəsindən sonra 0:1 hesabı ilə geridə olublar.

Bu hesab onların yüksək diviziona adlamasına mane olub. "Yuventud”un fanatları qarşılaşmanın başa çatmasını gözləmədən meydana daxil olaraq, hakimə hücum ediblər.

Ağır bədən xəsarətləri alan hakimlər xəstəxanaya yerləşdiriliblər.

Yaxın günlərdə federal məhkəmə insidentlə bağlı qərar verəcək./publika

7News.Az

Xəbər lenti