“Hal-hazırda dünyada çaxnaşmaların, siyasi gərinliklərin səngimədiyi dövrdə Azərbaycanda sabitlik cənab prezidentin güclü siyasətidir” - Aqil Acalov

“Hal-hazırda dünyada çaxnaşmaların, siyasi gərinliklərin səngimədiyi dövrdə Azərbaycanda sabitlik cənab prezidentin güclü siyasətidir” - Aqil Acalov
Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün verdiyi açıqlamda partiyadaşlarının 2018-ci il seçkisində Prezidentliyə İlham Əliyevin namizədliyini irəli sürəcəklərini bildirib.
Bu barədə Azərbaycan Alpaqut  Federasiyasının Prezidenti, İqtisadiyyat üzrə fəlsəfə doktoru,ictimai fəal gənc Aqil Acalov Melumat-Merkezi.az-a bilirib ki, "Cənab prezident İlham Əliyev Azərbaycana artıq 14 ildir rəhbərlik edir. Bir sıra infrastuktur layihələr aparılıb hər biridə ölkəmizin inkişafı naminə görülən işlərdir. Ötən illərə nəzər salsaq görərik ki, cənab prezidentin iri miqyaslı fəaliyyəti dövründə 30 elektrik stansiyası tikilib, qazlaşdırma 93 faizə çatıb,fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara həyat gətirilib, su gətirilib, 12 min 300 kilometr yol çəkilib.Ölkəmiz çox iri çaplı idman yarışmalarına ev sahibliyi etdi  "2015-ci ildə keçirilən Avropa Oyunları, IV İslam Həmrəyliyi oyunları "Formula 1” Avropa Qran Prisi buna nümunədir və eyni zaman Azərbaycanın regionda öz gücünü bir daha göstəricisidir. Mən bu tarixlərin içərisində bizə fəxr yaşadacaq aprel hadisələrinə toxunmaq istərdim tariximizə yeni bir qəhramanlıq dövrü olaraq düşdü. Ermənilərin atəşkəsi pozmaqla bizim əsgərlərə qarşı qurduğu tələ yarımçıq qaldı cənab prezidentin göstərişi ilə bizim şücaətli əsgərlərimiz əzmlə döyüşdü şəhid olanıda oldu, qazi olanıda.Son olaraq bizim ürəyimizdə Qarabağ niskilini azacıq xəfiflətən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ermənidən azad edərək  Lələ Təpəyə üç bayraqlı bayrağımız sancıldı. Cənab prezidentin fərmanı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 yaşayış evi,  96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, "Azəravtoyol” ASC-nin 13 saylı Xüsusi təyinatlı yol istismar müəssisəsi və digər müvafiq infrastruktur layihələr.Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 2017-ci il 15 iyun tarixli 2985 nömrəli Sərəncamına uyğun olaraq ikinci mərhələ üzrə tikinti-bərpa işlərinə başlanılmış və sürətlə davam etdirilir.İkinci mərhələdə kənddə 100 yaşayış evi, tibb məntəqəsi, 50 yerlik uşaq bağçası, klub-icma mərkəzi, ərazi nümayəndəliyi üçün inzibati bina, poçt şöbəsi və 10/04 kv-luq Kompleks Transformator məntəqəsi tikilir.”Hal-hazırda dünyada çaxnaşmaların, siyasi gərinliklərin səngimədiyi dövrdə Azərbaycanda sabitlik cənab prezidentin güclü siyasətidir.

Aqil Acalov qeyd edib ki, "fikrimcə, cənab İlham Əliyev əslində təkcə Yeni Azərbaycan Partiyasının deyil, demək olar ki, dünyadakı prosesləri görüb dərk edən, ölkəmizin bu günə necə, hansı zəhmətlər hesabına gəlib çatdığını bilən, müstəqilliyimizlə qürur duyan, vətənini, dövlətini, xalqını sevən hər bir azərbaycanlının seçimidir.” 
 
7News.az

Xəbər lenti