Hamamdan 12 yaşlı qızının cəsədini tapan ana dəhşətə gəldi - Ölüm səbəbi - FOTO

Hamamdan 12 yaşlı qızının cəsədini tapan ana dəhşətə gəldi - Ölüm səbəbi - FOTO

Hamamda 12 yaşlı qızının cəsədini görən ana dəhşətə gəlib.

Rusiyada hamamda telefonla oynayan 12 yaşlı Kseniya P. adlı qız cərəyan vurması nəticəsində həyatını itirib. Belə ki, şarja taxılan telefon qızın əlindən sürüşüb, suya düşüb. Həmin anda qızı cərəyan vurub. Qız oradaca keçinib.

Qızın anası hadisənin təfərrüatını danışıb. O bildirib ki, qızı basketbol oyunundan sonra evə gəlib, duş qəbul edib. Hər zaman duş alarkən mahnı oxuyan qızının səsinin anidən kəsilməsindən şübhələnən valideyn vanna otağına girəndə dəhşətə gəlib. O, telefonun vannaya düşdüyünü, qızının isə huşsuz vəziyyətdə uzandığını görüb. Qadın təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər onun həyatını itirdiyini söyləyiblər.

Polislərin dediyinə görə, qız mahnıya qulaq asarkən telefonun enerjisi bitib. O, telefonu cərəyan mənbəyinə salmaq istəyəndə telefon sürüşüb suya düşüb və cərəyan su vasitəsi ilə qızı vurub öldürüb./milli

7News.Az

Xəbər lenti