Hamiləlik vaxtı bunlardan uzaq durun

Hamiləlik vaxtı bunlardan uzaq durun
 7News.Az Axşam.az-a istinadən hamiləlik vaxtı uzaq durmalı olduğunuz halları sizinlə bölüşür:

 
1. Hündürdaban ayaqqabı geyinməyin – diz, ayaq və bel ağrılarınız ola bilər. Çalışın, ortopedik ayaqqabı alasınız.

2. Az su içmək – ana hamiləlik vaxtı yaxşı bəslənirsə, son 3 ayı uşağın kifayət qədər suyu olacaq. Gün ərzində 1, ən çox 2 litr su için. Bol su ayaqlarda şişkinlik yarada bilər.

3. Çox yemək yemək – "İki canlısan, iki nəfərlik ye” cümləsini hamilə vaxtı tez-tez eşitmək olar. Amma bu səhv fikirdir. Ana hamiləlik vaxtı çox yemək yeyərsə, bu, həm uşağa, həm özünə ziyandır. Doğuşdan sonra arıqlama problemi yaşayar. 

4. Suda çox qalmaq – hamiləlik vaxtı çimmək xeyridir, amma suda çox qalmamaq şərti ilə. Maksimum 30 dəqiqə kifayətdir. Çünki sudan infesiya tuta bilərsiniz. Çimdiyiniz su isə 37-38 dərəcədən çox olmamamlıdır.

5. Sərt yataqda yatmaq – hamiləliyin 3-cü ayından etibarən qarın böyüməyə başlayır. Aöırlıq olduğu üçün bel də ağrılar ola bilər. Ona görə sərt yataqda yatmaq düzgün deyil. Bədənə uyğun döşəkdə yatmanız daha məsləhətdir.

6. Hamiləlik vaxtı gün ərzində bir fincanda çox qəhvə içmək olmaz. Əks halda, yuxusuzluq ola bilər, metabolizma sürətlənər və hamiləliyin gedişatında mədənizdə də pozğunluq yaranır.

7. Siqaret və spirtli içkilərdən uzaq durun – araşdırma nəticəsində məlum olub ki, gün ərzində 1-2 qədəh içki içən qadınların uşaqları ya nitq qüsurlü, ya diqqət əksikliyi, ya da görmə zəifliyi ilə doğulur.
 
7News.Az

Xəbər lenti