Hamiləlikdə seksin faydalı olduğunu bilirdinizmi?

Hamiləlikdə seksin faydalı olduğunu bilirdinizmi?

Hamiləlik müddətində cinsi əlaqəyə dair bəzi fikirlər cütlüklər arasında qorxuya səbəb olur. Əksər cütlüklər bunun körpəyə ziyan verə biləcəyini düşünür. Mütəxəssislər isə hamiləlikdə cinsi əlaqənin, əksinə, faydalı olduğunu deyirlər.

7news.Az xarici mediaya istinadən hamiləlikdə cinsi əlaqənin 10 faydasını təqdim edir:

1. Hamilələr 9 ay boyunca yuxu problemi yaşaya bilirlər. Xüsusən də tez-tez tualetə getmək ehtiyacı hamiləliyin ilk üç ayında narahatlıq verir. Seks bütün bu yuxu problemlərini aradan qaldıra bilir. Beləcə, hamilə qadın gecə yuxusunu alar və səhər daha enerjili oyanar.

2. Seks ağrıların qarşısını ala bilir. Orqazm sırasında "sevgi hormonu" olaraq bilinən oksitosin ifraz olunur. Bu hormonun isə ağrını əngəlləmə özəlliyi var.

3. Hər kəs immunitet sisteminizi necə gücləndirə biləcəyinizə dair müxtəlif fikirlər söyləyir. Elmi araşdırmalara görə, tez-tez sekslə məşğul olan insanlar daha az xəstələnir. Seks bədəndə xəstəliklərə qarşı savaşan antikorların sayını artırır və bunun sayəsində xəstəliklərdən qorunmuş olursunuz.

 
4. Seks təzyiqi normal səviyyədə saxlayır ki, bu da uşağın və ananın sağlamlığı üçün önəmlidir.

 

5. Yorğunluq hissi və heç cür rahatlanmamaq hamilələrin ruh halına mənfi təsir edir. Seks zamanı isə oksitosin hormonu ana-ata arasında sevgi və yaxınlığı artıraraq, daha xoşbəxt münasibətə zəmin yaradar.

6. Hamiləliyin bəzən stressə səbəb olduğu zamanlar da olur. Orqazm stressə qarşı bir rahatlama qaynağıdır. Oksitosin və endorfin beyindəki həzz mərkəzlərini hərəkətə gətirir, bu da gərginlik, stress və hətta depressiyanın azalmasını təmin edir.

7. Sancı əsnasında cinsi əlaqə doğuşu irəlilədərək, uşağın dünyaya daha tez gəlməsini təmin edə bilər.

 

7news.Az

Xəbər lenti