Həbib: Əsas odur hokkeydə azarkeşlərə hücum etmirlər - VİDEO

Həbib: Əsas odur hokkeydə azarkeşlərə hücum etmirlər - VİDEO

UFC çempionu Həbib Nurməhəmmədovhokkey üzrə Moskvanın ÇSKA komandasının oyununu izləyib.

7News.Az xəbər verir ki, izlədiyi SKA – ÇSKA görüşündə hokkeyçilər arasında dava düşüb.

Bu zaman Nurməhəmmədovun yanındakı adam burda əsl dava mütəxəssisinin olmalı olduğunu bildirib. Nurməhəmmədov isə bildirib ki, indi insanların hokkeyə niyə baxmağa gəldiyini başa düşüb. O daha sonra özünün Konor Makqreqorla döyüşdən sonra etdiklərinə eyham vuraraq qeyd edib ki, əsas odur hokkeyçilər tribunada azarkeşlərin üzərinə hücum etmir.

Daha sonra bu videonu paylaşan Həbib Nurməhəmmədov bunları qeyd edib:

"Hokkey çox maraqlı, çətin və rəqabətli idman növüdür. Ancaq tamaşaçılar öz yerlərindən iki oyunçu əlcəyini çıxarıb bir-biri ilə dalaşmağa başlayanda qalxır. İndi siz başa düşdünüz ki, indi trenddə nədir?”

Qeyd edək ki, Həbib Nurməhəmmədov bu matçda ÇSKA-ya azarkeşlik edib.

7News.Az

Xəbər lenti