Həbibdən Makqreqorla döyüşmək üçün şok tələb: 30 milyon dollar verin

Həbibdən Makqreqorla döyüşmək üçün şok tələb: 30 milyon dollar verin
UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqora qarşı revanş döyüşünün şərtlərini açıqlayıb.

A. Nurməhəmmədov döyüşün yalnız yüksək mükafat fondunun olacağı təqdirdə keçirilə biləcəyini bildirib. 
O qeyd edib ki, mükafat fondu minimum 30 milyon dollar olmalıdır. 

"Buyurun, 30 milyon və sizinlə döyüşəcəyik. Bu, Makqreqora təklifdir. Onunla revanş üçün 15 milyon təklif edirdilər. Nəyə lazımdır? Otuz, uşaqlar, otuz”, - deyə A. Nurməhəmmədov vurğulayıb.

Qeyd edək ki, H. Nurməhəmmədov 2018-ci ilin 6 oktyabr tarixində K. Makqreqoru döyüşün dördüncü raundunda məğlub edib.

7News.Az

Xəbər lenti