Hələbdə toqquşma: 85 nəfər öldü

Hələbdə toqquşma: 85 nəfər öldü

Suriyada rejim qüvvələrinə sadiq Şebbiha milisləri ilə İranın nəzarətində olan şiə döyüşçülər arasında Hələbdə toqquşma baş verib. 

7News.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, toqquşma zamanı ümumilikdə 85 nəfər ölüb, 110 nəfər yaralanıb. 

Məlumatlara görə, Əsəd rejimi insidentə müdaxilə etməyib. 

Azad Suriya Ordusunun birləşmələrindən sayılan "Ceyş-ul Mücahid”in sabiq sözçüsü Zəkəriyyə Mollahafçı toqquşmanı "İran və Rusiya arasındakı nüfuz mübarizəsi” kimi qiymətləndirib.

7News.Az

Xəbər lenti