Həmsədrlər Ermənistanın yeni hökuməti ilə danışıqlarda - FOTO

Həmsədrlər Ermənistanın yeni hökuməti ilə danışıqlarda - FOTO

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

7news.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, həmsədrlərin səfərinin vacibliyini qeyd edən erməni nazirin sözlərinə görə, bu səfər Ermənistanın yeni hökumətinin formalaşmasından sonra ilk dəfə birbaşa əlaqə yaratmaq imkanıdır. 

Həmsədrlər erməni nazirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmalarını təqdim ediblər. 

ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatında növbəti addımlar müzakirə edilib.

 

7news.Az

Xəbər lenti