Həmyerlisi Nurməhəmmədovun hərəkətini pislədi

Həmyerlisi Nurməhəmmədovun hərəkətini pislədi

UFC-nin rusiyalı ağırçəkili idmançısı Aleksey OleynikHəbib Nurməhəmmədovun döyüşdən sonra Konor Makqreqorun məşqçisi Dilon Denisə hucum etməsinə münasibət bildirib.

7News.Az xəbər verir ki, Ukrayna doğumlu 41 yaşlı idmançı Nurməhəmmədovun bu hərəkətini pisləyib.

"Həmyerlimizin hərəkəti çox utancvericidir. İndi bu, döyüşün özündən çox müzakirə olunur. Bu bizi neqativ rəngdə göstərir. Qoy o özü izah etsin ki, niyə döyüşdən sonra belə etdi. UFC də bu barədə məyusdur. Həbibin davası müsbət sonluğu kölgədə buraxdı. Qaydalara görə, döyüşdən sonra qaliblər belə etmir”.

Qeyd edək ki, amerikalı döyüşçü Kolbi Kovinqton da Həbib Nurməhəmmədovun bu hərəkətini pisləyib. Onu "murdar heyvan” adlandıran Kovinqton bildirib ki, Həbibin bu hərəkəti MMA idman növünü iyirmi il geriyə atır.

7News.Az

Xəbər lenti