Həmyerlisini öldürən şəxs tutuldu

Həmyerlisini öldürən şəxs tutuldu

Naxçıvanda həmyerlisini öldürən şəxs saxlanılıb.

7news.Az DİN-nin saytına istinadən verdiyi məlumata görə, cari il noyabr ayının 30-da  C.Naxçıvanski küçəsində baş verib. Şəhər sakini Məhəmməd Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla əlaqədar şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Naxçıvan Şəhər Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Mahir Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

7news.Az

 

Xəbər lenti