Hər videosuna 18 min manat qazanan azərbaycanlı məşhur qatillə görüşdü - FOTO

Hər videosuna 18 min manat qazanan azərbaycanlı məşhur qatillə görüşdü - FOTO

Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov tanınmış məhkum olunmuş modellə görüşüb. 

7News.Az baku.ws-yə istinadən xəbər verir ki, məşhur model Ceremi Miks Moskvaya ifaçı Olqa Buzovanın dəvəti ilə gəlib. 

O, ifaçının klipində çəkiləcək. Əslən azərbaycanlı bloqer Rusiyada Hüseyn Həsənov ikili ilə birlikdə görüşərək şəkil çəkdirib. Bloqer izləyicilərinə "Kim daha yaraşıqlıdı" sualını verib və izləyicilərindən ozünü dəstəkləməyi xahiş edib. 

Bir müddət əvvəl H.Həsənov paylaşdığı hər video 20 milyon izlənir və hər posta görə, 600-700 min rubl, yəni 18 min manat qazandığını demişdi. 

 

Qeyd edək ki, "Sürüşkən oğlan" ləqəbi ilə tanınan Ceremi Miks qatildir. Onun sol gözünün altında göz yaşı formasında olan tatu ABŞ-da muzdlu qatillərin "nişan"ı sayılır. Kaliforniya ştatında fəaliyyət göstərən "Crips" bandasının üzvü olan Ceremi Misk 11 il əvvəl mütəşəkkil cinayətkar təşkilata qoşulub.

Hər videosuna 18 min manat qazanan azərbaycanlı məşhur qatillə görüşdü - FOTO

7News.Az

Xəbər lenti