Əməkdar artistin qardaşı qızı: Əmim ölməyib - YENİLƏNİB

Əməkdar artistin qardaşı qızı: Əmim ölməyib - YENİLƏNİB

Əmim sağdır, ölməyib.

7news.Az xəbər verir ki, bu sözləri ölüm xəbəri yayılan Əməkdar artist Həsənağa Sadıqovun qardaşı qızı Afaq Sadıqova sosial şəbəkədə yazıb.

O bildirib ki, Sadıqov özünə gəlib:

"Allahdan mənim ömrümdən alıb, əmimə verməsini istəyirəm. Əmimdən doymamışam. Nəfəsim yoxdur sanki. Atama yazığım gəlir. Əmim üçün dua edin”.

13:35

Bir müddətdir xəstəlikdən əziyyət çəkən Əməkdar artist Həsənağa Sadıqov vəfat edib.

7news.Az xəbər verir ki, o, 67 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Əməkdar artistin dəfn mərasimi Salyan rayonunda keçiriləcək.

Qeyd edək ki, H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-marif işi” ixtisası üzrə bitirib. 1985-ci il H. Sadıqovun həyatında daha əlamətdar tarix olub. Həmin ildə Ümumdünya musiqi festivalında iştirak edən Həsənağa müəllim bacarıqlı musiqi istedadı ilə münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanıb, festivalın Qızıl medalı ilə təltif olunub. Həsənağa Sadıqov Amerika Birləşmiş Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox ölkələrində geniş konsert proqramı ilə çıxış edib.

 

7news.Az

Xəbər lenti