Heydər Babayev 50 milyonluq qəsri fəhlələrin pulu ilə tikdirib

Heydər Babayev 50 milyonluq qəsri fəhlələrin pulu ilə tikdirib

Bu günlərdə 7News.az saytında "Heydər Babayevin Bakıda şərq üslublu 50 milyonluq - QƏSRİ FOTOLARDA” adlı yazı dərc edilmişdi. Yazıda qeyd olunurdu ki, Özlərini ərəb şahzadəsinə bənzədən Babayevlər klanının həm Azərbaycanda həmdəki, ölkə hüdudlarından kənarda sahib olduqları sərvət və saysız hesbsız daşınmaz əmlaklarla bağlı redaksiyaya ilginc məlumatlar daxil olub. Azerinews.tv-ni bilgiləndirən mənbənin iddiasına görə, Bakının Dübəndi qəsəbəsində - dənizin içərisinə qədər uzanan nəhəng villa Dubay şahzadələrinin saraylarına oxşayır və şərq üslubunda tikilən malikanə 4 hektar ərazini əhatə edir.

Yazı ilə bağlı saytımızın elektron poçt ünvanına durmadan şikayət dolu məktublar gəlməkdədir. Müraciətlərin anonim olmayanlarını isə növbə ilə saytımızda dərc edəcəyik.  

Redaksiyamıza Sərməst  Seyidəliyev imzası ilə    “O  VİLLALARDA  MƏNİM  DƏ  PAYIM  VAR” başlığı ilə yazı daxil oldu. Yazını olduğu kimi qeyd edirik:

“Bu  günlərdə saytda  dərc  olunmuş  “Heydər  Babayevin  Bakıda  şərq  üslublu 50  milyonluq  -qəsri  fotolarda”  yazını  oxuyanda  düzü  dəhşətə  gəldim.  Dərhal  onun  və  əlaltılarının  haqsızlıqları  xəyalımda  canlandı.  Öz-özümə  zənn  etdim  ki,  Dübəndi  qəsəbəsindəki  və  eləcə  də  başqa  yerlərdə  tikdirdiyi  villalarda  az  da  olsa  mənim  də  payım  var. Başıma  gələnləri  əvvəldən  danışsam  dediyimdə  həqiqətə  olduğu  inam  yaradar.  

       Ali  təhsilli  jurnalistəm.  40  il  mətbuatda  çalışmışam.    Qarabağ  müharibəsi  başlayanda  bir  əlimdə  qələm,  bir  əlimdə  silah  çalışmışam.  Amma  nə  fayda,  xain,  qəddar  ermənilər  rus  qardaşlarının  köməyi  ilə  torpaqlarımızı  işğal  etdilər.  Minlərlə  insan  kimi  mənim  də  taleimə  qaçqınlıq  qismət  oldu.  Ailə  üzvlərimlə  birlikdə  Bakı  şəhərinə  gəlib  uşaq  bağçasında  məskunlaşdım.  İndiyə  kimi  də orada  yaşayıram.  İxtisasımla  əlaqədar  bir  neçə  qəzetdə  işlədim.  Amma  əməkhaqqı  az  olduğundan  dolanmaqda  çətinlik  çəkdim.

Çox  çalışdıqdan  sonra    hörmətli  dostların  köməyi  ilə  2004-cü  ilin  iyul  ayında  AB  Standart  Şirkətlər  Qrupunun  (şirkət keçmiş  iqtisadi inkişaf  naziri  Heydər  Babayevindir. Atasının  adı  ilə  Aydın  Babayev  adlandırılır.  AB  onun  adının  və  soyadının  baş  hərfləridir)  bir  şirkəti  olan  Dərnəgül  boru  zavodu  QSC –də   fəhlə  kimi  işə  düzəldim.   

        Həmin  ili  işə  qəbul  olunanlara  əmək  müqaviləsinin  surəti  verildi.  Ondan  sonra  heç  kim  əmək  müqaviləsinin  üzünü  görmədi.  Rəhbərlik   götürdüyü  işçilərə  müqaviləyə  imza  atdırmaqla  işi  bitmiş  hesab  etdi.   Əmək  müqaviləsində  göstərilirdi  ki,  zavodda  iş  birnövbəlidir,  şənbə,  bazar  və  bayram  günləri  istirahətdir.  Aylar,  illər  bir-birini  əvəz  etdikcə  hər  şeyin  kağız  üzərində  olduğunu  görürdüm.  İşə  başladığım  birinci  gündən  2-ci  və  3-cü  növbələrdə  işləmişəm. Bir  yerdə  işlədiyim  fəhlələr  kimi  istirahət,  bayram  günlərinin  nə  olduğunu  bilməmişəm.  Təsadüfi  hallarda 7-8  həftədə  bir  bazar  günü  istirahət  verilirdi.  Narazılıq  edənlər  işdən  qovulmaqla  hədələnirdi. Qeyri  iş  günlərində  işin,  habelə  2-ci  və  3-cü  növbələrin  olmamasını  bilməmələri  üçün  fəhlələrə  əmək  müqaviləsinin  surəti  verilmirdi.  İşlədildiyimiz  qeyri  iş  günlərinin  haqqı,  gecə  pulu  verilmirdi.

        Sovetlər  dövründə  belə  haqsızlıq,  ədalətsizlik  görməmişdim. İşin  demək  olar  ki,  60-70  faizi  əl  əməyi  ilə  görülürdü.  Qışın  şaxtasında,  yayın  istisində  12  metr  uzunluğunda,  müxtəlif  çəkidə  çıxan  plasmas  boruları  iki  fəhlə  çiyninə  götürüb  50-60  metr  kənara  aparıb  atırdı.  Boruların  əksəriyyətinin  ağırlığı  140-150  kilo  idi.  Ağır  boruları  daşımaqdan  sağ  çiynimin  sümüyü  yerindən  oynayıb  boğazıma  dirənib.

 2011-ci  ilin  sonlarında   ziyalı  kimi  zavodun  icraçı  direktoru  Məhəmməd  Abbasova  narazılığımı  bildirdim.  Onun  mənə  cavabı  bu  oldu:  zavod  Heydər  Babayevindir.  Həftənin  beş  günü  zavod  ona,  istirahət  və  bayram  günləri  mənə  işləyir.  Xoşun  gəlmir  gedə  bilərsən. Lazımi  yerlərə  şikayət  edəcəyimi  bildirəndə   qəzəbli  halda  dedi:

        -Hara  şikayət  edirsən  et. İndi  müstəqillikdir. Orqan  yox,  həmkarlar  yox.  Kimdir  sənin  yazdıqlarını  oxuyan.

Onun  bu  cür  cavabından  sonra  dəfələrlə  haqqımı  tələb  etdim.                                             Zavodda  olan  haqsızlıqları,  özbaşınalıqları,  M. Abbasovun  vəzifəsindən  sui  istifadə  etməsini  təsisçi  H. Babayevə  çatdırmaq  qərarına  gəldim.  Qəbuluna  düşmək  üçün  teleqrammalar  göndərdim,  qurupa  getdim.  Təəssüflər  olsun  ki,  məni  qəbul  etmədi. Güc-bəla  ilə  şirkətlər  qrupunun  prezidenti  Oruc  Heydərovun  qəbuluna  düşə  bildim.  M. Abbasovun  özbaşınalıqları  barədə  ona  məlumatversəm  də  dediklərim  havadan  asılı  qaldı.Bütün  göstərişlərin  Heydər  Babayev  tərəfindən  verildiyi  mənim  üçün  bir  daha  aydın  oldu.

       Şikayətimdən  sonra  direktorun  mənə  qarşı  kin-küdurəti  artdı.  H. Babayevin  tapşırığı  ilə  məni  işdən  çıxarmaq  istədi.  Lakin  Qrabağ  müharibəsi  iştirakşısı  olduğum,  məcburi  köçkünlüyüm  onların  məqsədlərinə  mane  oldu.  Buna  nail  olmayanda  başqa  yollara  əl  atdılar.  2011-ci  ilinyekununa  görə  direktor  başda  olmaqla hamıya  13-cü  əməkhaqqı  verildi,  mənə  yazılmadı.  2011,  2012-ci  illərin  müxtəlif  aylarında  hamıya  mükafat  verildi,  yalnız  mən  almadım.  Necə  olur  ki,  borunun  bir  başını  çiyninə  qoyan  fəhlə  mükafat  alır,  o  biri  başını  götürən  almır.  Şirxan, Viktor  adlı  fəhlələr  zavodda  işləməyə-işləməyə  hər  ay  əməkhaqqı,  mükafat,  13-cü  əməkhaqqı  aldıqları  halda  mənə  verilmirdi.  İstər  Şirxanın,  istərsə  də  Viktorun  üzünü  zavodda  bir  nəfər  də  olsun   görməmişdir. Zavodda  çalışan  fəflələrin  aylıq  əməkhaqları  350-500  manat  arsında  idi.  Şirxanisə  işləməyə-işləməyə  ayda 900  manat  alırdı.Viktor  da onun  kimi.Sonralar  öyrəndim  ki,  onlar  H. Babayevin  şəxsi  xidmətçiləridir.

        M. Abbasov  demək  olar  ki,  hər  ayın  on  gündən  çoxunu  xarici  ölkələrdə  ezamiyyətdə  olur,  biz  fəhlələrin  mindir  əzabla  qazandığımız  pulla  yüksək  dərəcəli  otellərdə  kef  edirdi.  Deyilənə  görə  o, ən  çox  Dubaya,  Türkiyəyə  H. Babayevin  tapşırığı  ilə  gedirdi.  Nə  məqsəd  üçün  getdiyi  artıq   saytınızda  deyilənlərdən  aydın  oldu.  M. Abbasovun  özü  kiminləsə  şərikli  halda Ukraynada  çoxmərtəbəli  binalar  tikdirirdi. Bəli,  qanunsuz   olaraq  gecə, gündüz,  qeyri  iş  günləri  işlədilərək  verilməyən  pullarımız  ancaq  H. Babayevin,  bir  də  onun  əlaltısı M. Abbasovun   ciblərinə  gedirdi.

        Haqqımı dönə-dönə  tələb  etsəm  də  nəticəsiz  qalırdı.   2015-ci  ilin  avqustunda  şirkətlər  qrupunun  prezidentinə  yenidən  ərizə  ilə  müraciət  etdim.   Ərizəmi  M. Abbasova  göndərdi.  Bununla  razılaşmayıb  yoxlama  tələb  etdim.  Aradan  bir  həftə  keçməmış  M. Abbasov  zavodun  icraçı  direktoru  vəzifəsindən  azad  olundu.Guya  zavod  ziyanla  işlədiyinə  görə  fəaliyyətini  dayandırır.  İşçilərin  adı  və  soyadları  yazılmış  bir  siyahıya  hamıya  imza  etdirib  bütün  fəhlələrlə  bağlanmış  əmək  müqaviləsinə  (üzünü  görmədiyimiz) xitam  verildi,  işçilər  iki  ayliq  kompensasiya  alaraq  işdən  çıxarıldı.  Üç  həftədən  sonra  zavod  fəaliyyətini  davam  etdirdi. Buradan  belə  bir  sual  doğur:  zavod  fəaliyyətini  necə  dayandırmışdir  ki,  üç  həftədən  sonra  əvvəlki  gücü  ilə  işə  başladı?   Bu,   H. Babayevin  yeni  “ixtirası”  olsa  da  Əmək  Qanunvericiliyinin  kobud  şəkildə  pozulmasıdır.

       Var-yoxumu,  illərlə  əziyyət  çəkib  tikdiyim  evimi,  torpağımı  ermənilər  işğal  etdi,  məni  didərgin  vəziyyətinə  saldı.  Burda  da  AB  Standart  Şirkətlər  Qrupu,  H. Babayev  və  ona  arxalanan əlaltısı M. Abbasov  əməyimi  istismar  edib  qanuni  əməkhaqqımı  vermədilər.

      İstər  H. Babayev,  istərsə  də  M. Abbasov  mənim  kimi  fəhlələri  21-ci  əsrdə  qul  kimi  işlədərək  hər  il  zavoddan  milyonlar  qazanıblar.  Onların  ikisinin  də  xaricı  ölkələrdəvillaları  var. Ailələri  bəy  kefində  dolanır,  hər  cür  şəraiti  olan  villalarda  yaşayırlar.  M. Abbasovun  şəhərdə  olan  evinin  sayı-hesabı  yoxdur.  Bahalı  maşınlarını  qoymağa  yer  tapmır. Mən  isə  hələ  uşaq  bağçasında  ömür  sürürəm.

 Dediklərim  bir  daha  inam  yaradır  ki,  H. Babayev  villaları  mənim  kimi  fəhlələrin  işlədilib  mənimsədilən  pulları  hesabınadır.

Sərməst  Seyidəliyev.

28  aprel  2016-cı  il.

 

Qeyd: Sonda Sərməst  Seyidəliyev qeyd etdi ki, əgər Heydər Babyevin ehtiyacı varsa maaş kartımı da ona verməyə hazıram

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

7News.az

ARDI VAR

 

 

 

 

 

Xəbər lenti