Hitlerin qohumu ilk dəfə danışdı - FOTO

Hitlerin qohumu ilk dəfə danışdı - FOTO

Adolf Hitlerin sağ qalan kişi qohumlarından biri ilk dəfə jurnalistlərə açıqlama verib. Hitlerin qardaşı nəvəsi Aleksander Stüart Xyuston Almaniyanın "Bild” nəşrinin əməkdaşları ilə danışıb. 

7News.Az Lenta.ru-ya istinadla xəbər verir ki, kişi ABŞ prezidenti Donald Trampa və Almaniya kansleriAngela Merkelə olan münasibətlərindən söhbət edib. 

"Tramp mənim fəxr edə biləcəyim sonuncu insandır. O, mənim sevmədiyim insanlardandır”, - o deyib. 

Xyuston əlavə edib ki, o, yalançıları xoşlamır. 

Onun sözlərinə görə, əlində imkan olsaydı, ən yaxşı işləyən insanlar arasında Merkelə səs verərdi. 

"O, mənim xoşuma gəlir. O, çox ağıllı görünür”, - Xyuston qeyd edib. 

Hazırda Aleksander Nyu-York ştatının Lonq-Aylenda sahillərində yaşayır. Onun 68 yaşı var. 

7News.Az

Xəbər lenti