Hollandiya Türkiyə ilə diplomatik əlaqələri kəsdi

Hollandiya Türkiyə ilə diplomatik əlaqələri kəsdi

Hollandiya Xarici İşlər Nazirliyi bu gün Ankaradakı səfirini rəsmi olaraq geri çağırdığını bəyan edib.

Hadisənin mart 2017-ci ildə Hollandiya və Türkiyə arasında yaşanan gərginliklə əlaqəli olduğu bildirilib.

7News.Az Hurriyet-ə istinadla xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyinin açıqlamasında, Türkiyənin də Hollandiyaya yeni səfir göndərməyəcəyi ifadə edilib.

 Hollandiya XİN-nin Türkiyə ilə ixtilafın həlli ilə bağlı danışıqları dayandırdığı bildirilib.

Hollandiya hökuməti türk siyasətçilərin ölkədəki referendum mitinqlərinə icazə verməyəcəyi açıqlanmış, Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın deportasiya edilməsi ilə ixtilaf dərinləşmişdi.

7News.Az

Xəbər lenti