İçərişəhərdə Bakı xanının hamamı tapıldı

İçərişəhərdə Bakı xanının hamamı tapıldı

İçərişəhər ərazisində vaxtilə Bakı xanlarından birinə məxsus olmuş hamam aşkarlanıb.

Hamamın bu günə kimi aşkarlanmamasına səbəb kimi erməni hiyləsi göstərilir. Belə ki, vaxtilə həmin hamamın qapısını hörüb bağlayan ermənilər onun üzə çıxmasına əngəl olublar.

Sayt məlumatı dəqiqləşdirməyə çalışıb.

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən saytımıza bildirilib ki, bu barədə, hələ ki, ətraflı nəsə demək olmaz.

"Arxeoloji işlər davam etdirildiyi üçün o barədə məlumat verilmir. Çünki yekun rəy hələ söylənilməyib. Düzdü, İçərişəhər ərazisində hamam aşkarlanıb. Bu, təsadüf deyil. Çünki arxeoloqlar bu barədə məlumata sahib olub. Ancaq bu barədə ətraflı nəsə deyə bilmərik. İşlər yekunlaşandan sonra mətbuata məlumat veriləcək"

7News.Az

Xəbər lenti