İdmançının kələkbazlığı hamını məəttəl qoydu

İdmançının kələkbazlığı hamını məəttəl qoydu

ABŞ-ın Arizona ştatında marafon təşkilatçıları dələduzluq yolu ilə nəticə qazanmağa çalışan Kelli Eqnyu adlı atleti diskvlafikasiya edib.

 Bu barədə "Across the Years” marafonunun rəsmi "Facebook” səhifəsində məlumat yayılıb.

Məlumata görə, Eqnyu növbəti dövrəni keçdikdən sonra start xəttinə qayıdıb və yeddi dəqiqə biotualetdə keçirib. Ayaq yolundan çıxdıqdan sonra bir daha finiş xəttini keçib və marafonu davam etdirərək,  aktivinə əlavə 1,5 kilometr yazdırıb.

Marafonda qayda pozuntularını araşdıran Derek Merfi sprinterlərin  nəticələrini qeydə alan MMC timing təşkilatının nümayəndəsini şahid tutub.

"Kelli dövrəni başa vurduqdan sonra finiş xəttini keçdi və dayandı. Finişdəki monitora nəzər saldıqdan sonra  biotualetə yollandı. Mayk həmin vaxt finiş xəttinin yanındakı çadırlarda idi və oradan Kellinin hərəkətlərini müşahidə edə bilirdi. Mayk onu 10 dəqiqəyə yaxın izləyib. Onun şahidi olub ki, Kelli biotualetdə yeddi dəqiqə vaxt keçirib, sonra oradan çıxaraq, finiş xəttini keçib və qaçmadığı dövrəyə görə nəticə qazanmağa cəhd edib”, – deyə Merfi bildirib.

Atletin bu kələyi ifşa olunduğundan ekspertlər onun digər nəticələrinə də yenidən baxmaq qərarına gəlib. Söhbət başlıca olaraq, 2014-2015-ci ilin marafonundan gedir. Həmin vaxt Enqyu 48 saatlıq yürüşdə 88.5 kilometr qət edib. Ən maraqlısı odur ki, həmin yarışda da idmançı son yeddi saatı qaçmayıb.

"İdmançılar arasında yoldaşlıq və ən yaxşı performansa dəstək prinsiplərinə söykənən bir tədbirdə bu cür halların baş verməsi bizi çox üzür. Bizim təşkilat bu cür fırıldaqçılığa göz yuman deyil. İndiki mərhələdə, Kellinin "Aravaipa Running” tərəfindən təşkil olunan yarışlarda iştirakına qadağa qoyulacaq”, – deyə marafon təşkilatçısının rəsmi "Facebook” səhifəsində bildirilir.

"Across the Year” – marafonunda yarışçıların məqsədi təyin olunmuş marşrutu müəyyən vaxt çərçivəsində keçməkdir.  Qalib altı gün ərzində daha çox böyük məsafə qət edən idmançı olur./oxu

 

7News.Az

Xəbər lenti