İki maşın toqquşub, xəsarət alanlar var

İki maşın toqquşub, xəsarət alanlar var

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

7news.Az APA-ya istinadən bildirir ki, "VAZ-21099" markalı avtomobil Sənaye Parkının yaxınlığında "Mitsubishi" markalı maşınla toqquşub.

Nəticədə biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Xəsarəti ağır olan 1986-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Adıgözəlov Səxavət Əhliman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

Xəbər lenti