İlham Əliyev: Astana müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib

İlham Əliyev: Astana müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib

Astana Müstəqil Qazaxıstanın yeni simvoluna çevrilib.

7news.Az MİA "Kazinform” saytına istinadla xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib. 

"Hər səfərimdə Astanada intensiv inkişaf görürəm. İlk baxışdan elə gəlir ki, şəhər sakinləri üçün memarlıq inkişafı baxımından əlverişli şərait təşkil olunub, ancaq hər dəfə Astanaya gələndə yeni layihələr, yeni arxitektura qərarları, yeni inkişaf istiqamətləri təəccübləndirir. 

Astana müasir və uğurlu şəhər tikintisinin bariz nümunəsidir. Burada memarlıq və infrastruktur qərarları bir-biri ilə bağlıdır. Bu isə şəhər sakinləri üçün çox əlverişlidir. 

Astana buraya gələnlər üçün rahat şəhərdir. Görünür ki, Qazaxıstan rəhbərliyi şəhərin inkişafına xüsusi sevgi ilə yanaşır”, - İlham Əliyev "Xabar” telekanalı vasitəsi ilə nümayiş etdirilən və Qazaxıstan paytaxtı Astanaya həsr edilmiş "Böyük çölün paytaxtı” adlı sənədli filmdə deyib. 

Azərbaycan prezidentinin sözlərinə görə, 20 il əvvəl Qazaxıstanın iqtisadi potensialı indiki kimi deyildi. Bu zaman iri iqtisadi islahatlar dövrü oldu. Ona görə də paytaxtın köçürülməsi haqqında təşəbbüs böyük cəsarət və müdriklik tələb edirdi. 

"Azad ərazidə salınmış şəhərdir. Mən Astananı yarandığı gündən tanıyıram. Aydındır ki, bu, böyük səylər, həmçinin insan və maliyyə resursları tələb edirdi. 

Çoxları paytaxtı köçürülməsi qərarını gözləmirdi. Ancaq həyat göstərdi ki, bu qərar çox uğurlu oldu. Ona görə ki, müasir, geniş meqapolis tikilib”, - o deyib. 

İlham Əliyevin sözlərinə görə, Astananın inkişafı minlərlə iş yerinin açılmasına şərait yaratdı. 

"Şəhərin tikinti tempi mühəndislik və tikinti materialları sənayesinin inkişafını təmin edib. Deməli, paytaxt inkişaf perspektivlərini öz arxasınca aparır. Buna görə qərar çox düzgün idi. 

İqtisadi baxımdan böyük xərclərə baxmayaraq, sizə deyə bilərəm ki, bu qərar tam olaraq özünü doğrultdu. 

Fikrimcə, Astananın tikintisindən əvvəl Qazaxıstanın yeni simvolunun yaradılması təklif edilirdi. Bu məqsədə nail olundu”, - İlham Əliyev bildirib.

7news.Az

Xəbər lenti