İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir

İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir

Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir. Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olub.

7News.Az-ın məlumatına görə, bunu Xorvatiyada rəsmi səfərdə olan prezident İlham Əliyev xorvat həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib.

Dövlət başçısı bildirib ki, yaxın keçmişdə Azərbaycan Əfqanıstanda "Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul edib. 

"Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, "Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir.

Bir sözlə, həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır”, - deyə İlham Əliyev bildirib. 

7News.Az

Xəbər lenti