İlham Əliyev bu idmançılara ev verdi - VİDEO

İlham Əliyev bu idmançılara ev verdi - VİDEO

Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Prezident  İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

7news.Az xəbər verir ki, mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş idmançıların bir qrupuna və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim edib.

Mənzil alan idmançılar arasında K-1 döyüş növü üzrə bir neçə nüfuzlu turnirlərin qalibi olan Zabit Səmədov və cüdo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Hidayət Heydərov da var.

7news.Az

Xəbər lenti