Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib

Tanınmış jurnalist xəstəxanaya yerləşdirilib

Əməkdar jurnalist, professor Şirməmməd Hüseynov xəstəxanaya yerləşdirilib.

Bu barədə jurnalisitin həyat yoldaşı Ülkər Hüseynova məlumat verib. 

O, bildirib ki, qocaman jurnalisitin xəstəxanaya yerləşdirilməsinə böyrək ağrıları səbəb olub. 

“3 gün bundan öncə özünü çox pis hiss etdi. Böyrəkləri ağrıyırdı. Ağrıların artdığını görüb, onu xəsətxanaya yerləşdirdik. Hazırda vəziyyəti normallaşıb. Hələlik səhhəti ilə bağlı bunu deyə bilərəm. Sonrakı günlərdə vəziyyətindən aslı olaraq müalicələr davam etdiriləcək”,-deyə jurnalistin xanımı bildirib.

7News.Az

Xəbər lenti