İlin ən maraqlı idman kadrları - FOTO

İlin ən maraqlı idman kadrları - FOTO

Geridə qoyduğumuz il bir sıra mötəbər idman tədbirləri, o cümlədən, Qış Olimpiadası və Futbol üzrə dünya çempionatı ilə yadda qaldı.  

Eyni zamanda milyonlarla insan UFC rinqində Həbib Nurməhəmmədovla Konor Makqreqorun döyüşünü böyük həyəcanla izlədi. Reytinqi nisbətən aşağı olsa belə, kifayət qədər maraqlı və az əhəmiyyətli olmayan idman yarışları da keçirildi.

7News.Az xəbər verir ki, "Lenta.ru”  ötən ilin idman yarışlarından ən yadda qalan fotoları toplayıb.

Avstraliya reqbi liqasında "Karlton Blüz” və "Kollinqvud Meqpays” klublarının qarşılaşmasından bir epizod. Nikola Stivens (soldan) Casmin Qarnerə hücum edir.

"Filadelfiya İqls” futbol klubunun oyunçusu  Patrik Robinson Superfinal qələbəsini bayram edir.  Onun komandası tarixində ilk dəfə olaraq Milli Futbol Liqasının çempionu adını qazanıb.

Tayqer Vudsun fanatları onun Valspar Championship qolf turnirinin final mərhələsindəki həlledici zərbəsini həyəcanla izləyir.

Avstraliya açıq tennis çempionatının dördə bir final matçında bolqar tennis ustası Qriqor Dimitrov "bekhend” hərəkətini yerinə yetirir.

Fransız tennisçi Qael Monfis Australian Open 2018 turnirində Novak Cokoviçə qarşı matç zamanı sərinlənməyə çalışır. "Sərinlədici vasitə” onun işinə yaramır, dörd setdə məğlub olaraq, turnirdəki çıxışını dayandırır.

İngiltərə yığmasının müdafiəçisi Kayl Uoker Nigeriya millisinə qarşı matç ərəfəsində  su püskürür.  İngiltərə millisi çempionatda yarımfinala qədər gəlib çıxıb, sonda yalnız xorvatlarla görüşdə büdrəyirlər, üçüncü yer uğrunda matçda isə Belçikanı məğlub edə bilmirlər.

Sinxron üzgüçülük üzrə Koreya millisinin Asiya Oyunlarında çıxışı. Turnir İndoneziyada keçirilib. Koreyalılar üçüncü yeri tutub.

Rusiyalı körlinqçi Anastasiya Brızqalova Koreyada keçirilən Olimpiya Oyunlarının ən parlaq idmançılarından olub. O, gözəl xarici görünüşü ilə körlinq yarışını izləyən azarkeşləri valeh edib. Yarışda Brızqalova həyat yoldaşı Aleksandr Kruşelnitski bürünc medal qazanıb. Ancaq sonradan onlar medallardan məhrum olub, belə ki, cütlük dopinq-testdən keçə bilməyib.

Yeni Zelandiyalı ağır atlet Lorel Habbarda İttifaq Oyunları çərçivəsində keçirilən yarışda ştanqı əlindən yerə salır.

Konor Makqreqor oktaqona çıxmağa hazırlaşır. Həbib Nurməhəmmədov ünvanına səslənən təhqirlərə görə irland döyüşçünü rinqdə cəzalandırır. 4-cü raundda ağrılı fənd işlədərək qalib olur.

Yarım-ağır çəkidə Boks üzrə Dünya Çempionu titulu uğrunda keçən döyüş. Boksçu Badu Cek hakim İen Con Lüisə zərbə endirir.

Çılğın ingilis fanatları. Bu kadr futbol üzrə dünya çempionatında Kolumbiyaya qarşı keçirilən matçın son fitinə saniyələr qalmış çəkilib.  Kolumbiyalı futbolçu topu qapıdan keçirərək, oyunun taleyini əlavə vaxta buraxır.  Azarkeşlərin narazılığına baxmayaraq, son İngiltərə penalti seriyasında qalib gəlir.

"Amerika”nın baş məşqçisi Migel Erreranın  "Kruz Azul” klubu üzərində qələbə sevinci.

Bosniyalı tennisçi "bolboy”un qarşısında donub qalıb. Onlar bu kadrdan bir neçə saniyə əvvəl kortda bərk toqquşurlar. Fotoşəkil "Rolan Qarros” turnirində çəkilib.

ABŞ-ı təmsil edən topatan Reyven Sondersin IAAF qitə kubokundan çıxışından çəkilmiş maraqlı kadr.

Amerikalı Simona Baylz idman gimnastikası üzrə dünya çempionatının təsnifat mərhələsində dincəlir. Səhhəti ilə bağlı problemlərinin olmasına rəğmən, rəqiblərini üstələyərək, olimpiya çempionu adını qazanır.

7News.Az

Xəbər lenti