Çin mediası: İlham Əliyev güclü və uzaqgörən liderdir

Çin mediası: İlham Əliyev güclü və uzaqgörən liderdir

Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük diqqət göstərib.

7news.Az xəbər verir ki, dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik "Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, "China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb, təqdim ediblər.

 

Sinxua agentliyinin "Azərbaycanda prezident seçkilərində İlham Əliyev qalib gəldi” başlıqlı geniş xəbərində seçkilər barədə ətraflı məlumat verilib. Xəbərdə seçicilərin, seçki məntəqələrinin, beynəlxalq və yerli müşahidəçilərin, seçkiləri işıqlandıran xarici jurnalistlərin, veb-kamera quraşdırılmış məntəqələrin sayı, Mərkəzi Seçki Komissiyasının və "exit-poll” sorğularının nəticələri öz əksini tapıb. Bildirilib ki, seçici fəallığı ilə keçən səsvermənin nəticələrinə əsasən hazırki prezident İlham Əliyev 86 faiz səslə qalib gəlib.

CCTV-nin Bakıya ezam olunmuş çəkiliş qrupunun səsvermə günü müxtəlif seçki məntəqələrindən, o cümlədən İ. Əliyevin səs verdiyi məntəqədən hazırladığı reportajlar televiziyanın müxtəlif kanallarında bir neçə dəfə yayımlanıb. Reportajlarda seçki ilə bağlı dolğun məlumat verilib.

 




 
7news.Az 

Xəbər lenti