Çinin sahillərində neft tankeri partlayıb - 31 nəfərdən xəbər yoxdu

Çinin sahillərində neft tankeri partlayıb - 31 nəfərdən xəbər yoxdu

Şərqi-Çin dənizində Panama neft tankeri ilə Honkonq yük gəmisi toqquşub.

7NEWS.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, qəza nəticəsində neft tankeri alışıb və partlayış baş verib. Yanğının söndürülməsi üçün göstərilən cəhdlər nəticə vermir.

Gəmidə olan 136 ton maddə ekologiya üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, SANCHI tankeri İran şirkətinə məxsusdur və Panama bayrağı altında fəaliyyət göstərir. Tankerdə olan 32 heyət üzvünün 30-u iranlıdır. Qəzadan sonra onlarla əlaqə kəsilib. Xilasedicilər yalnız 1 nəfərin cəsədini aşkar ediblər.

Honkonq yük gəmisində olan 21 nəfərin hamısı isə xilas edilib.

Hazırda axtarış və xilasetmə əməliyyatlarında Çin, Cənubi Koreya və ABŞ iştirak edir.

Xəbər lenti