İntihar edən 15 yaşlı qızın həyat hekayəsi

İntihar edən 15 yaşlı qızın həyat hekayəsi
Ötən gün axşamm saat 8 radələrində Astara rayonunun Təngərüd kəndində intihar faktı qeydə alınıb.
 

Kənd sakini, 2003-cü il təvəllüdlü Aysu Fəxrəddin qızı Əhmədovanın meyiti tövlədə asılmış vəziyyətdə aşkar edilib. Meyiti ilk olaraq mərhumun ata və anası aşkar edib. Belə ki, Aysunun atası ilə anası ot yığmaq üçün sahəyə gediblər, qayıdanda isə qızlarının intihar etdiyini görüblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Aysu, ailənin 3 övladından 2-cisi olub, heç bir problemi olmayıb. Kənddə maşın ustası işləyən atasının sözlərinə görə, "Aysu həyat eşqli şən qız olub, dərslərinidə yaxşı oxuyub. Bütün günü bacısı və qardaşı ilə bir yerdə olub. Niyə intihar etməsi bizə də müəmmalıdı”.

 

7News.Az

Xəbər lenti