İntim videosu yayılan 7-ci sinif şagirdi məktəbdən qovulub? - AÇIQLAMA

İntim videosu yayılan 7-ci sinif şagirdi məktəbdən qovulub? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib.

Təhsil Kompleksinin 11-ci sinfində oxuyan Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb. Mətbuatda gedən məlumata görə, həmin videodan sonra qız məktəbdən qovulub. 

132-134 nömrəli Təhsil Kompleksindən verilən məlumata görə, qızın məktəbdən qovulması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir: "Məlum video ortaya çıxandan sonra qızın anası könüllü olaraq sənədləri götürərək övladını məktəbdən çıxarıb. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”.
 
7News.az

Xəbər lenti