İran OPEC+ təşkilatının qərarını dəstəkləməyəcək

İran OPEC+ təşkilatının qərarını dəstəkləməyəcək

İranın neft naziri Bijan Zanqane OPEC+ təşkilatının neft hasilatını azaltmaq barəsində müqaviləsinin yumşaldılması kontekstində neft hasilatının cüzi artımı qərarını da dətəkləməyəcək. 

7news.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İranın qərarı dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala Zanqane belə cavab verib:

"Mən hasilatın artırılmasını dəstəkləmirəm. Çünki inanıram ki, neftin qiymətinin yüksək olması Trampa görədir”. 

OPEC və təşkilata daxil olmayan bəzi ölkələr (OPEC+) 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması ilə bağlı razılığa gəliblər. Razılaşma 2017-ci ilin əvvəlində qüvvəyə minib və müddəti iki dəfə uzadılıb. 

İyunun 21-də Vyanada OPEC+ ölkələrinin nazirlərinin monitorinq komitəsinin, iyunun 22-də OPEC ölkələrinin, iyunun 23-də isə OPEC+ razılaşmasının bütün üzvlərinin iclasları keçiriləcək. 

İclaslar zamanı OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişinin yumşaldılması müzakirə ediləcək.

7news.Az

Xəbər lenti