İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Bu barədə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

"ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması müqaviləsinə zidd olaraq, nüvə silahından ciddi asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti tam məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək  dünyanın sonuna daha çox yaxınlaşmışıq”, - deyə  Məhəmməd Cavad Zərif qeyd edib.

"ABŞ prezidenti Donald Trampın İrana dair Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin ağılsızlıqdan irəli gəlir”, - deyə M.Cavad Zərif qeyd edib.

Qeyd edək ki, fevralın 2-də dərc edilən yeni nüvə doktrinada ABŞ Rusiya, Çin və KXDR-i  Asiya-Sakit Okean regionunda təhlükə adlandırıb./oxu

7News.Az

Xəbər lenti