İran XİN rəhbəri Azərbaycana gəlir

İran XİN rəhbəri Azərbaycana gəlir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 1-də Azərbaycana səfər edəcək.

7news.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib.

Onun sözlərinə görə, M.C.Zərif Bakıda keçiriləcək "Asiyanın ürəyi - İstanbul prosesi” konfransının işinə qatılacaq.

Konfransda Əfqanıstan ətrafında baş verən proseslər, regionda sülh və sabitliyi gücləndirmək məqsədilə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.

İran XİN rəhbərinin yüksək səviyyəli görüşləri də nəzərdə tutulub.

 
 
7news.Az

Xəbər lenti