İranda dəhşətli qəza: 27 nəfər yanaraq öldü – VİDEO

İranda dəhşətli qəza: 27 nəfər yanaraq öldü – VİDEO

İranda benzindaşıyan maşınla sərnişin avtobusunun toqquşması çoxsaylı ölümlə nəticələnib.

7news.Az ktk.kz saytına istinadən xəbər verir ki, Kürdistan əyalətinin Senendec şəhərində baş verən hadisə nəticəsində ən azı 27 nəfər həlak olub.

Sərnişin avtobusu yanacaq daşıyan yük maşını ilə toqquşub. Videokadrlardan görünür ki, hər iki nəqliyyat vasitəsi yanıb. Bu isə insan itkisinin çox olmasına gətirib çıxarıb.

Hadisənin təfərrüatları və baş vermə səbəbi açıqlanmır. "Daily Express" nəşri xeyli sayda insanın zərər çəkdiyini yazıb.

7news.Az

Xəbər lenti