İranda pul köçürmələri qadağan edildi

İranda pul köçürmələri qadağan edildi

İran Mərkəzi Bankı rəhbərinin köməkçisi Seyyid Əhməd Arakçı bank sistemindən kənar pul köçürmələrinin qadağan olunduğunu bəyan edib. 

7news.Az xəbər verir ki, valyuta-dəyişmə məntəqələri bundan sonra yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Mərkəz Bank yetkilisinin sözlərinə görə, bu qərar bazarlara sabitlik gətirəcək. O cümlədən, ökə iqtisadiyyatının şəffaflaşmasına, sərmayə çıxışı və qaçaqçılığı ilə mübarizəyə müsbət təsir edəcək. 

S.Əhməd bildirib ki, 10 min avro pulu olanlar vəsaitlərini banklara yatırmalıdırlar. 

Qeyd edək ki, İranda iqtisadi embarqolar səbəbindən idxalçılar valyutanı əsasən qara bazardan və valyuta-dəyişmə məntəqlərindən alırdılar. 

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir. 

7news.Az

Xəbər lenti