İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək

İraq İrana milyard dollardan çox kompensasiya ödəyəcək

İraq kompensasiya kimi İrana 1,1 milyard dollar ödəməli olacaq.

7news.Az xəbər verir ki, bununla bağlı İran parlamentinin üzvü Mahmud Sadeqi Twitter”də məlumat verib:

"İraq İrana qarşı müharibəyə görə 1,1 milyard dollar cərimə ödəməli olacaq”.

Onun sözlərinə görə, İran 1980-1988-ci il Fars körfəzindəki müharibəyə görə İraqdan kompensasiya tələb etməyib, çünki İraqın çətin vəziyyətini nəzərə alıb. 

Xatırladaq ki, M.Sadeqinin tələbi İraq baş naziri Heydər əl-Abadinin bəyanatından sonra yayımlanıb. Bəyanatda Abadi İraqın Tehrana görə ABŞ sanksiyalarına tuş gəldiyini bildirib.

7news.Az

Xəbər lenti