İraqdan Türkiyəyə raket atıldı: ölən var

İraqdan Türkiyəyə raket atıldı: ölən var

PKK terror təşkilatının döyüşçülərinin İraq ərazisindən Türkiyəyə raket atması nəticəsində bir türkiyəli hərbçi ölüb, dörd əsgər yaralanıb. 

7News.Az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin cənub-şərqindəki Hakkari bölgəsinin administrasiyası məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı Şimali İraqın Zap rayonundan Türkiyə ərazisinə iki raket atılıb. 

Yaralılar arasında bir nəfər mülki vətəndaş da olub. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

7News.Az

Xəbər lenti