“İrəli” İctimai Birliyinin sədri Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə təyin olunub

“İrəli” İctimai Birliyinin sədri Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə təyin olunub

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, AMKF-in idarə heyətinin qərarı ilə bu vəzifəyə "İrəli” İctimai Birliyinin (İB) sədri Mirhəsən Seyidov təyin edilib.

Bundan əvvəl baş katib vəzifəsində çalışmış Mircabbar Seyidov baş katibin məsul katibi kimi xidmət edəcək. Yeni formalaşmış katiblik ümumi formada federasiyanın fəaliyyətinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaq. Ümumilikdə federasiyanın, katibliyin işlərinə rəhbərliyi Mirhəsən Seyidov edəcək.

M.Seyidov 2014-cü ildən "İrəli” İctimai Birliyinin sədri, 2015-ci ilin mayından isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin altı il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür. O, Prezident İlham Əliyev tərəfindən təsis olunan Gənclər üçün Prezident mükafatının laureatıdır.

 

7News.Az

Xəbər lenti