İrəvan teatrında daha bir qalmaqal: Şər atıb işdən çıxarırlar

İrəvan teatrında daha bir qalmaqal: Şər atıb işdən çıxarırlar

İrəvan Dövlət Dram teatrında daha bir qalmaqal yaşanıb.

 Əjdər Zeynalovdan sonra teatrın direktoru İftixar Piriyev aktyor Elçin Hacıyevi işdən çıxarmaq istəyir.

Bu barədə saytımıza açıqlama verən aktyor ona şər-böhtan atıldığını bildirib:

"Direktor məni işdən çxıarmaq istəyir. İştirakım olmadan idarə heyətinin iclası keçirilib. Üstümə yalan, şər-böhtan atıb, təqdimatlar yazıblar. Mən də izahat yazdım ki, bütün bunlar yalandır. Direktor yenə birtərəfli mövqe saxlayır. Məni işdən çıxarır”.

Məsələ ilə bağlı direktorla əlaqə saxladıq. O, belə bir şeydən xəbəri olmadığını bildirdi:

"Mənim bundan xəbərim yoxdur. Daha sonra zəng edərsiniz”.

Qeyd edək ki, bu, Elçin Hacıyev və İftiaxr Piriyev arasında yaşanan ilk problem deyil. Bundan üç ay öncə İ.Piriyev onu işdən çıxarmaq istəsə də, teatrın baş rejissoru Sərvər Əliyev buna mane olmuşdu.

Bu məqamda bildirək ki, bir müddətdir İrəvan teatrında baş verən qalmaqalların ardı-arası kəsilmir. Qalmaqallarda günahlandırılan yeganə tərəf isə teatrın direktoru İftixar Piriyevdir./oxu

 

7News.Az

Xəbər lenti