İŞİD 700 adam qaçırdı: hər gün 10 nəfər edam olunacaq - FOTO

İŞİD 700 adam qaçırdı: hər gün 10 nəfər edam olunacaq - FOTO
İŞİD terrorçuları Suriyanın Əl Bahra qəsəbəsindəki qaçqın düşərgəsinə hücum edərək 700 nəfəri girov götürüblər.

7News.Az Al Jazeera-ya istinadən bildirir ki, terrorçular hər gün 10 girovu qətlə yetirəcəklərini deyiblər.

Srağagün və dünən artıq 20 girov edam olunub.

Girovlar arasında Avropa ölkələri və ABŞ vətəndaşları da var.

Əl Bəhra qəsəbəsi Suriyanın Deyr əl Zor vilayətindədir. Bu vilayət isə bütünlüklə ABŞ-ın maliyyələşdirdiyi və silahlandırdığı kürd silahlı birləşmələrinin nəzarətindədir.

İŞİD terrorçularının girov götürdükləri 130 ailənin azad edilməsi üçün əməliyyat hazırlandığı vurğulanır. Tutulan avropalılar və amerikalıların əksəriyyəti kürd terrorçu birləşmələrin tərkibində vuruşanlardır.

Girlvlar Hacin şəhərinə aparılıb,

Rusiyanın Soçi şəhərində Valday Diskussiya Klubunun forumunda çıxış edərkən bildirib ki, İŞİD şərtlərini irəli sürüb. Lakin həmin şərtlər hələ də açıqlanmayıb.

Suriya İnsan Haqları Rəsəsdxanası isə bəyan edib ki, İŞİD terrorçuları girovları azad etməyin müqabilində ərhaq, dərman preparatları və silah tələb edərək ultimatum irəli sürülər.

7News.Az
İŞİD 700 adam qaçırdı: hər gün 10 nəfər edam olunacaq - FOTO

Xəbər lenti