İspaniya kralının kürəkəni həbs olundu

İspaniya kralının kürəkəni həbs olundu

İspaiya kralı Filippin kürəkəni İnyaki Urdanqarin İspaniya Ali Məhkəməsi tərəfindən 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. 

7news.Az "Deutsche Welle” nəşrinə istinadla xəbər verir ki, o, vergi yayınmalarında və ictimai fondlardan bir neçə milyon avronu öz məqsədləri üçün istifadə etməkdə ittiham olunub. 

Məlum olub ki, Urdanqarin öz şirkətinin vasitəsilə keçirilməyən tədbirlərə qonorarlar ayırıb. Konstitusiya Məhkəməsi onu əfv etsə, Urdanqarin həbsdən xilas ola bilər. 

50 yaşlı İnyaki Urdanqarin Palmanın hersoqu, İspaniya kralının bacısının həyat yoldaşıdır. 

7news.Az

Xəbər lenti