İsrail “HƏMAS”ın təlim düşərgəsinə hava zərbələri endirib

İsrail “HƏMAS”ın təlim düşərgəsinə hava zərbələri endirib

İsrail ordusunun təyyarəsi "HƏMAS”-ın Qəza sektorunun şimalında yerləşən təlim düşərgəsinə hava zərbələri endirib.

Hava zərbələri İsrail ərazilərinə ötən gün atılan raket atəşinə cavab olaraq həyata keçirilib. "HƏMAS”ın təlim düşərgəsinin ərazisində üç obyekt dağıdılıb, daha bir neçə infrastruktur elementi məhv edilib.

İsrail ordusunda qeyd ediblər ki, Qəza sektorundan həyata keçirilən bütün neqativ hallara "HƏMAS” məsuliyyət daşıyır. Xatırladaq ki, bazar günü axşam Qəza sektorundan buraxılan 2 raket İsrailin cənubunda Xof Aşkelon ayalətinin ərazisinə düşüb. /report

 

 

7news.Az

Xəbər lenti